Biz nə edirik?

admin

Birliyin fəaliyyət predmeti sırasında aşağıdakı məsələlər xüsusilə prioritet təşkil edir:

  • Seçkilər

Azad və ədalətli seçkilər demokratiyanın təməl prinsipləri arasında önəmli yer tutur. Məhz seçkilər vasitəsilə vətəndaşlar dövlət hakimiyyətini təşkil edir və onun həyata keçirilməsində iştirak edirlər. Biz seçki maarifçiliyi, seçkilərin monitorinqi, seçki praktikasının yaxşılaşdırılmasına xidmət edən tövsiyyələrin işlənib hazırlanması istiqamətində fəaliyyətlər həyata keçirməklə azad və ədalətli seçkilərə öz dəstəyimizi ifadə edirik.

  • İctimai iştirakçılıq

İctimai iştirakçılıq dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində, qərarların qəbulunda, dövlət orqanlarının fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların iştirakının əsas formalarından biri kimi çıxış edir. Demokratiya üçün əhəmiyyətinə önəm verərək biz ictimai iştirakçılığın təşviq edilməsi, məlumatlılığın artırılması, araşdırmaların aparılması, tövsiyyələrin hazırlanması vəs. kimi fəaliyyətlərlə vətəndaşları səlahiyyətləndirir, onları ictimai iştirakçılığa həvəsləndirir və onun inkişafına öz töhfəmizi veririk.

  • İnsan hüquqları

İnsan hüquq və azadlıqlarının təmin edilməsi demokratiyanın məhəg daşlarından hesab edilir. İnsan hüquqları vətəndaşların məlumatlılıq səviyyəsindən asılı oldugu qədər, səlahiyyətli dövlət orqanlarının onlara həvalə edilmiş vəzifələri qanunvericiliyin tələblərinə uygun şəkildə və vicdanla həyata keçirməklərindən də əhəmiyyətli dərəcədə asılıdır. Buna müvafiq olaraq insan hüquqları haqqında məlumatlılığın artırılması, vətəndaşların hüquqi müdafiə qabiliyyətinin artırılması, pozulmuş hüquqların müdafiəsinin təmin edilməsi, hüquq müdafiə xidmətinin təkmilləşdirilməsi fəaliyyətlərimiz sırasında əhəmiyyətli yer almışdır.     

  • Vətəndaş cəmiyyəti

İnsanlara müxtəlif birliklər vasitəsilə ictimai və fərdi maraqlarını həyata keçirə bilmək imkanının tanınması  vətəndaş cəmiyyətinin təşkilinin əsas şərtlərindəndəndir. Güclü vətəndaş cəmiyyətinin mövcudluğu cəmiyyətin sürətli inkişafının və demokratiyanın geridönməzliyinin əsas təminatçısıdır. Biz digər vətəndaş cəmiyyəti subyektləri ilə bərabər QHT-lərin cəmiyyətdə yerinin və rolunun artırlmasına müxtəlif şəkildə dəstək veririk. Bu dəstək, xüsusilə  VCT-lərin bilik və bacarıqlarının artırılması, qanunvericilik bazasının yaxşılaşdırılması və daha yaxşı fəaliyyət mühitinin formalaşdırıılmasına xidmət edən fəaliyyətlər vasitəsilə göstərilir.